09/08/2019
17:10
3386
| A A A
Messinin qolu ən yaxşı seçildi - VİDEO

UEFA 2018/19 mövsümünün ən yaxşı qolunu açıqlayıb.

Goal.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, azarkeşlər arasında aparılan sorğunun nəticəsinə əsasən, Barcelona-nın hücumçusu Lionel Messinin Çempionlar Liqasının yarımfinalda Liverpool-a cərimə zərbəsindən vurduğu qol qalib olub.

Messinin bu qolu daha öncə ÇL ilə bağlı aparılan səsvermədə də ən yaxşı seçilib.

Qeyd edək ki, Barcelona evdə keçirdiyi həmin matçda 3:0 hesabı ilə qələbə qazansa da, cavab görüşündə 4 cavabsız qolla uduzaraq mübarizəni dayandırıb. Liverpool isə finalda Tottenham-i 2:0 hesabı ilə üstələyib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27143 səs