13/08/2019
09:37
791
| A A A
Qarabağ APOEL-i qəbul edir

Qarabağ bu gün UEFA Çempionlar Liqasında (ÇL) növbəti oyununu keçirəcək.

Goal.az xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab matçı çərçivəsində Kiprin APOEL komandasını qəbul edəcək. 

Ötən həftə Nikosiyadakı GSP stadionunda reallaşan ilk qarşılaşmada Qarabağ 2:1 hesabı ilə qalib gəlib. 

Bu məğlubiyyətdən sonra APOEL baş məşqçisi Paolo Trametsani ilə yollarını ayırıb. Onu bu postda Tomas Doll əvəzləyib. Yeni baş məşqçi oyunu tribunadan izləməli olacaq. 

Qarabağ APOEL səddini keçəcəyi halda, Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və ÇL-in pley-offunda “Ayaks” (Hollandiya) – PAOK (Yunanıstan) cütünün qalibi ilə qarşılaşacaq. 

Ağdamlılar APOEL-i mübarizədən kənarlaşdıra bilməsələr, Avropa Liqasının pley-offunda Linfield (Şimali İrlandiya) – Sutjeska (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. 

 

Çempionlar Liqası

III təsnifat mərhələsi, cavab oyunu

20:30. Qarabağ (Azərbaycan) – APOEL (Kipr)

Baş hakim: Daniel Sibert

Yan xətt hakimləri: Yan Seydel və Lasse Kozlovski

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27144 səs