18/08/2019
17:50
1851
| A A A
Qarabağ UEFA-nın statistikasında birinci oldu

UEFA Çempionlar Liqasında təsnifat mərhələlərinin statistikasını açıqlayıb.

Goal.az xəbər verir ki, turnirin 3-cü təsnifat mərhələsində mübarizəni dayandıran Qarabağ öz göstəricisi ilə fərqlənib.

Təsnifat mərhələsində ən çox künc zərbəsini Ağdam klubu yerinə yetirib. Qarabağ 39 dəfə künc zərbəsi vurub.

İlk beşlikdə isə Qarabağ-dan başqa Celtic (Şotlandiya, 38), CFR Cluj (Rumıniya,35), Crvena Zvezda (Serbiya, 34) və Ferencvaros (Macarıstan, 31) qərarlaşıb.

Qarabağ təsnifat mərhələsinin 6 oyununda çərçivəyə 25 zərbə endirib ki, bunlardan 8-i qol olub.

Qurban Qurbanovun komandası çərçivəyə gedən zərbələrdə APOEL-lə birgə 7-8-ci yerləri bölüşür, qolların sayına görə isə 8-cidir.

Qarabağ-ın fransalı yarımmüdafiəçisi Abdullah Zubir isə ən çox qol ötürməsi edən (3) 9 futbolçudan biridir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39988 səs