22/08/2019
09:31
1131
| A A A
Çempionlar Liqasında pley-off mərhələsinin növbəti 3 oyunu keçirildi - NƏTİCƏLƏR

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin daha 3 matçı keçirilib.

Goal.az-ın məlumatına görə, ikinci oyun günündə III təsnifat mərhələsində gözlənilmədən Porquqaliya Porto-sunu mübarizədən kənarlaşdıran Rusiyanın Krasnodar komandası Yunanıstanda Olympiacos-un qonağı olub. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Serbiya çempionu Crvena Zvezda İsveçrədə Young Boys-la heç-heçə edib. Hər iki matçda 4 qol qeydə alınıb.

Xorvatiyanın Dinamo (Zaqreb) klubu isə Norveç Rosenborg-u üzərində inamlı qələbə qazanıb.

Çempionlar Liqası

Pley-off mərhələsi, ilk oyunlar

Young Boys (İsveçrə) - Crvena Zvezda (Serbiya) - 2:2

Qollar: Roje Assale, 7. Giyom Hoaro, 76 (penalti ilə) - Miloş Degenek, 18. Mateo Qarsia Esekyel, 46

Dinamo (Zaqreb, Xorvatiya) - Rosenborg (Norveç) - 2:0

Qollar: Bruno Petkoviç, 8. Mislav Orşiç, 28

Olympiacos (Yunanıstan) - Krasnodar (Rusiya) - 4:0

Qollar: Migel Anxel Gerrero, 30. Lazar Ranceloviç, 78; 85. Daniel Podense, 89

Qeyd edək ki, Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab görüşləri 27-28 avqustda keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33740 səs