26/08/2019
14:53
4924
| A A A
Çempionlar Liqasında püşkatma mərasiminin vaxtı müəyyənləşdi

Çempionlar Liqasında püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Goal.az xəbər verir ki, UEFA rəsmi saytı vasitəsilə avqustun 29-da baş tutacaq tədbirin saatını açıqlayıb.

Monakoda keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Ümumilikdə 8 qrup üzrə 32 komanda mübarizə aparacaq. Onlardan 26-sı artıq bəllidir.

Qrup mərhələsinin püşkatmasını gözləyən komandalar:

İspaniya: Barcelona, Real, Atletico, Valencia

İngiltərə: Liverpool, Chelsea, Manchester City, Tottenham

İtaliya: Juventus, Napoli, İnter, Atalanta

Almaniya: Bayern Munich, Borussia (Dortmund), Bayer, Leipzig

Fransa: PSG, Lyon, Lille

Rusiya: Zenit, Lokomotiv

Portuqaliya: Benfica

Ukrayna: Shakhtar

Belçika: Genk

Türkiyə: Galatasaray

Avstriya: Salzburg

Qeyd edək ki, qrup mərhələsinin ilk matçları 17-18 sentyarda keçiriləcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33740 səs