28/08/2019
09:28
2838
| A A A
Çempionlar Liqasında qrupa yüksələn 3 komanda müəyyənləşdi

UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab matçlarına start verilib.

Goal.az-ın məlumatına görə, ilk oyun günündə 3 görüş keçirilib.

Krasnodar Rusiyada Yunanıstan Olympiacos-una 1:2 hesabı ilə uduzub. İlk matçda da 4:0 hesabı ilə qalib gəlmiş Olympiacos qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yüksəlib.

Qalan iki oyun eynihesablı heç-heçələrlə yekunlaşıb. Lakin bunların birində Serbiya Crvena Zvezda-sı İsveçrədə Young Boys-a daha çox top vurduğu, Xorvatiya Dinamo-su (Zaqreb) isə evdə Norveç Rosenborg-unu yendiyi üçün ÇL-in qrupuna düşüb.

Krasnodar, Young Boys və Rosenborg mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39988 səs