29/08/2019
09:33
1229
| A A A
Çempionlar Liqasında qrupa yüksələn son 3 komanda müəyyənləşdi

UEFA Çempionlar Liqasında (ÇL) pley-off mərhələsinə yekun vurulub.

Goal.az-ın məlumatına görə, ikinci oyun günündə keçirilmiş daha 3 cavab oyunundan sonra qrup mərhələsinə bütün vəsiqələrin sahibləri müəyyənləşib.

Qarabağ-ı III raundda mübarizədən kənarlaşdıran Kipr APOEL-i səfərdə Hollandiya çempionu Ajax-a uduzub - 0:2. İlk görüş qolsuz yekunlaşdığı üçün Ajax ÇL-in, APOEL isə Avropa Liqasının qrupuna yüksəlib.

Belçika Brugge kollektivi evdə Avstriyanın LASK komandasına, Çexiya Slavia-sı isə Rumıniya ÇFR-inə qalib gələrək, ÇL-in qrupuna çıxıb. LASK və CFR isə mübarizəni Avropa Liqasının qrup mərhələsində davam etdirəcək.

 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33740 səs