29/08/2019
20:47
1742
| A A A
Mövsümün ən yaxşı müdafiəçisi bəlli oldu

Avropada 2018/19 mövsümünün ən yaxşı müdafiəçisi açıqlanıb.

Goal.az xəbər verir ki, qitənin ən yaxşısı UEFA Çempionlar Liqasının qrup mərhələsinin Monakoda təşkil olunan püşkatma mərasimində təltif olunub.

Bu ada Liverpool-un arxa xətt oyunçusu Vircil van Dayk layiq görülüb. O, UEFA-nın sorğusunda Trent Aleksandr-Arnold və Matteys de Liqti arxada qoyub.

Qeyd edək ki, 2018/19 mövsümünün ən yaxşı qapıçısı adına da Liverpool-un əlcək sahibi Alisson Bekker yiyələnib. Hansı ki, sözügedən klub geridə qalan mövsümdə ÇL-in qalibi adını qazanıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33740 səs