30/08/2019
14:50
1997
| A A A
Çempionlar Liqasına 96 komandanın qatılması təklif olundu

Avropanın aparıcı futbol klubları UEFA Çempionlar Liqasının (ÇL) 96 komandalıq yeni formatda keçirilməsi ideyasını irəli sürüblər.

Goal.az  "The Sun" nəşrinə istinadən xəbər verir ki, bu təşəbbüs ÇL-in 2024-cü ildəki potensial islahatlarının bir hissəsi hesab olunur.

Klublar tərəfindən müzakirə olunan yeni formatda - 96 kollektivin hər birinin 6 komandadan ibarət 16 qrupa bölünməsini nəzərdə tutur. Hər qrupda ilk 2 yeri tutan komandalar ÇL-in, 3-4-cü yerin sahibləri Avropa Liqasının, 5-6-cı sıradakılar isə 2021/2022 mövsümündə ilk dəfə təşkil olunacaq Avropa Liqası-2 turnirinin pley-off mərhələsinə vəsiqə qazanacaq. Bu halda, təsnifat mərhələləri ləğv ediləcək.

Məsələyə UEFA İcraiyyə Komitəsinin sentyabrdakı iclasında baxılacağı gözlənilir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33740 səs