02/10/2019
10:12
760
| A A A
Qəbələ APOEL-lə qarşılaşır

Qəbələ-nin 19 yaşadək futbolçulardan ibarət komandası bu gün UEFA Gənclər Liqasında mübarizəyə başlayacaq.

Goal.az xəbər verir ki, Çempionlar Liqasında çıxış edəcək “qırmızı-qaralar” I mərhələdə Kiprin APOEL klubu ilə qarşılaşacaq. Nikosiyanın “Makarion” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Qəbələ artıq tarixində 3-cü dəfədir UEFA Gənclər Liqasında qüvvəsini sınayır. "Qırmızı-qaralar" 2016/2017 və 2018/2019 mövsümlərində bu turnirdə iştirak edib.

UEFA Gənclər Liqası

18:00. APOEL (Kipr) – Qəbələ (Azərbaycan)

Millinin biabırçı nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
480 səs