02/10/2019
10:35
14362
| A A A
Ronaldo Çempionlar Liqasında birinci oldu

Juventus-un portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Çempionlar Liqasının matçlarında qələbələrin sayına görə birinci yerə çıxıb.

Goal.az xəbər verir ki, portuqaliyalı hücumçunun turnir üzrə hesabında 102 qələbə var.

Ronaldo bu göstərici ilə İker Kasilyası (101 qələbə) keçib. Siyahıda üçüncü yerdə Xavi Lopez (91 qalibiyyət), dördüncü yerdə isə 80 qələbə ilə Lionel Messi qərarlaşıb. Siyahıda sonrakı yerləri müvafiq olaraq Raul və Andres İnyesta bölüşürlər.

Oktyabrın 1-də Çempionlar Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində Turin klubu öz meydanında Almaniyanın Bayer komandasına 3:0 hesabı ilə qalib gəlib. Juventus-un qollarından birini 89-cu dəqiqədə Kriştiano Ronaldo vurub.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39906 səs