02/10/2019
13:30
3973
| A A A
Real Madrid-də 3 aylıq itki

Real Madrid-in futbolçusu Naço Fernandez uzun müddətlik sıradan çıxıb.

Goal.az xəbər verir ki, Çempionlar Liqasının qrup mərhələsinin II turunda evdə Brügge ilə görüşdə zədələnən 29 yaşlı müdafiəçi 2-3 ay yaşıl meydanlardan kənarda qalacaq. İspaniyalı oyunçu bu qarşılaşmada sağ diz bağlarından xəsarət alıb.

Qeyd edək ki, Real Madrid - Brügge qarşılaşması 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Madrid təmsilçisi qrup mərhələsində iki oyuna 1 xal toplaya bilib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
9056 səs