06/11/2019
09:45
665
| A A A
Çempionlar Liqasında IV tura yekun vurulur

Bu gün UEFA Çempionlar Liqasının qrup mərhələsində IV turun daha 8 görüşü keçiriləcək.

Goal.az-ın məlumatına görə, ikinci oyun günündə A, B, C və D qruplarında yer alan komandalar qarşılaşacaqlar.

Türkiyənin turnirdəki yeganə təmsilçisi Galatasaray İspaniyada Real Madrid-lə üz-üzə gələcək. Fatih Terimin baş məşqçisi olduğu komanda bu turda məğlub olacağı təqdirdə, növbəti mərhələ şanslarını itirəcək.

İstanbul təmsilçisinin heyətində zədəli futbolçular Şener Özbayraklı və Radamel Falkao qarşılaşmanı buraxacaq. Meydan sahiblərindən isə Naço və hələ zədəsini tam sağaltmayan Qaret Beylin meydana çıxmayacağı dəqiqdir.

A qrupunun digər matçında PSG Fransada Belçika Brügge-sinə qalib gəlsə, vaxtından əvvəl 1/8 finala vəsiqəni təmin edəcək.

Eyni nailiyyətə B qrupunda Almaniya Bayern-i nail ola bilər. Niko Kovaçı baş məşqçi postundan istefaya göndərən klub hələ ona əvəz tapmasa da, Yunanıstan Olympiacos-u ilə görüşdə qələbə sayəsində mərhələ adlayacağına ümid edir.

Oxşar vəziyyət C qrupunda da yaranıb. Manchester City sona 2 tur qalmış qrupdan çıxmaq üçün İtaliyada Atalanta-ya qalib gəlməlidir.

D qrupunda isə şərikli liderlər səfərə çıxacaqlar. İspaniya Atletico-su Almaniyada Bayer-i, İtaliya Juventus-u isə Rusiyada Lokomotiv-i yensə, növbəti mərhələyə yüksələcək.

Beləliklə, bu gün 5 komanda 1/8 finala vəsiqəni vaxtından əvvəl təmin edə bilər.

Çempionlar Liqası

II tur

6 noyabr

A qrupu

24:00. PSG (Fransa) - Brügge (Belçika)

24:00. Real Madrid (İspaniya) - Galatasaray (Türkiyə)

B qrupu

21:55. Bayern Munich (Almaniya) - Olympiacos (Yunanıstan)

24:00. Crvena Zvezda (Serbiya) - Tottenham (İngiltərə)

C qrupu

24:00. Dinamo Zagreb (Xorvatiya) - Şaxtyor Donetsk (Ukrayna)

24:00. Atalanta (İtaliya) - Manchester City (İngiltərə)

D qrupu

21:55. Lokomotiv Moskva (Rusiya) - Juventus (İtaliya)

24:00. Bayer Leverkusen (Almaniya) - Atletico Madrid (İspaniya)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39804 səs