06/11/2019
10:15
525
| A A A
Ançelotti mətbuat konfransına gəlmədi

Napoli-nin baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasının (ÇL) qrup mərhələsinin IV turunda evdə Avstriya təmsilçisi Salzburg-la 1:1 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransına qatılmayıb.

Goal.az xəbər verir ki, 60 yaşlı mütəxəssis heç bir səbəb göstərmədən matçı canlı yayımlayan telekanal üçün məcburi sayılan müsahibəyə də gəlməyib. Ançelotti və futbolçular görüşdən dərhal sonra stadionu tərk ediblər. Onların davranışlarına səbəb kimi yaxınlarda məşq prosesinə müdaxilə edən klub prezidenti Aurelio De Laurentis ilə münasibətlərdəki gərginlik göstərilir.

Neapol təmsilçisinin rəhbəri nəticələrdən narazı olduğu üçün futbolçularını bu həftənin sonuna qədər bazaya qapadıb.

Qeyd edək ki, ÇL-də E qrupunda yer alan Napoli 8 xalla 2-ci yerdədir. A Seriyasında 18 xalla 7-ci sırada qərarlaşan neapollular noyabrın 9-da XII tur çərçivəsində evdə Genoa ilə qarşılaşacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39804 səs