07/11/2019
15:44
1198
| A A A
Benzema Messinin göstəricisini təkrarladı

Real Madrid-in futbolçusu Kərim Benzema Barcelona-nın hücumçusu Lionel Messinin rekordunu təkrarlayıb.

Goal.az xəbər verir ki, son olaraq Galatasaray-la matçda dubl edən 31 yaşlı oyunçu Çempionlar Liqasında ardıcıl 15-ci mövsüm qol vurub. Beləliklə, o, Messidən sonra bunu bacaran ikinci futbolçu olub.

Qeyd edək ki, ÇL-də ən çox qolu Kriştiano Ronaldo (128 qol) vurub. Bu göstəricidə ikinci yerdə isə 113 qolla Lionel Messidir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39804 səs