09/03/2020
18:26
3569
| A A A
Çempionlar Liqasının oyunu azarkeşsiz keçiriləcək - RƏSMİ

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları çərçivəsində Fransada keçiriləcək PSG – Borussia Dortmund matçı azarkeşsiz oynanılacaq.

Goal.az xəbər verir ki, bu barədə PSG-nin rəsmi saytı məlumat yayıb. Azarkeşlər martın 11-də keçiriləcək görüşü koronavirus səbəbindən stadiondan canlı izləyə bilməyəcəklər. Virusun yayılmasının qarşısını almaq məqsədiylə bu addımın atıldığı bildirilib.

Martın 11-də keçiriləcək PSG – Borussia Dortmund matçı saat 00:00-da start götürəcək. Komandalar arasındakı ilk oyunda PSG 1:2 hesabıyla uduzub.