10/03/2020
10:00
2813
| A A A
Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları keçiriləcək.

Goal.az xəbər verir ki, birinci oyun günündə iki matç keçiriləcək.

İtaliyada Atalanta-ya 4:1 hesabı ilə darmadağın olan Valencia cavab matçında geridönüş etməyə çalışacaq.

İlk oyunda gözlənilmədən Tottenham-i səfərdə 1-0 hesabı ilə üstələyən Leipzig isə nəticəni qorumağa çalışacaq.

Qeyd edək ki, hər iki matç Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.