11/03/2020
10:00
3792
| A A A
Çempionlar Liqasında 1/8 final mərhələsi davam edir

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki cavab oyunu keçiriləcək.

Goal.az xəbər verir ki, turnirin son qalibi Liverpool doğma meydanda Atletico Madrid-i qəbul edəcək. Komandalar arasında İspaniyadakı ilk matçda Madrid təmsilçisi qələbə qazanıb - 1:0.

Mersisaydlılar eyni hesabla qələbə qazansalar, əlavə vaxt oynanılacaq. Meydan sahibləri 1/4 finala yüksəlmək üçün iki və daha artıq top fərqi ilə qələbə qazanmalıdır. Atletico-ya isə növbəti mərhələ üçün heç-heçə də kifayətdir.

Günün digər qarşılaşmasında PSG Fransada Borussia Dortmund komandası ilə üz-üzə gələcək. Paris klubu ilk görüşdə rəqibinə 1:2 hesabı ilə uduzub. PSG-yə ev oyununda minimal hesablı qələbə də kifayət edir.

Çempionlar Liqası

1/8 final mərhələsi, cavab oyunları

00:00. Liverpool (İngiltərə) - Atletico Madrid (İspaniya)

Baş hakim: Danni Makkeli (Niderland)

İlk oyun - 0:1

00:00. PSG (Fransa) - Borussia Dortmund (Almaniya)

Baş hakim: Entoni Teylor (İngiltərə)

İlk oyun - 1:2.

Qeyd edək ki, daha öncə Atalanta və Leipzig komandaları 1/4 finala yüksəlib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
19330 səs