13/03/2020
17:48
1278
| A A A
Çempionlar Liqasında həftənin ən yaxşısı müəyyənləşdi

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşləri çərçivəsində ilk həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Goal.az UEFA-nın saytına istinadən xəbər verir ki, bu ada Atalanta-nın hücumçusu Yosip İliçiç layiq görülüb.

Sloveniyalı forvard UEFA-nın keçirdiyi səsvermədə hamını qabaqlayıb. O, Valencia üzərində 4:3 hesablı qələbə qazanılan qarşılaşmada pokerə imza atmışdı.

İliçiç digər namizədlər - Marsel Sabitzer (Leipzig), Xuan Bernat (PSG) və Yan Oblakdan (Atletico) üstün olub.