26/04/2020
11:57
1006
| A A A
Tottenham-in qapıçısı əlcəklərini satışa çıxardı

Tottenham-in qapıçısı Huqo Lloris 2018/19 mövsümündə UEFA Çempionlar Liqasının finalında geyindiyi əlcəyini satışa çıxarıb.

Goal.az xəbər verir ki, auksionda satılacaq həmin əlcəyin ilkin qiyməti 850 avro göstərilib.

Fransalı qolkiper qazanılacaq gəlirin koronavirusla mübarizə aparan səhiyyə işçilərinə veriləcəyini açıqlayıb.

Xatırladaq ki, sözügedən mövsümdə Tottenham finalda Liverpool-la qarşılaşmış və 0:2 hesabıyla məğlub olmuşdu.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5796 səs