04/05/2020
17:49
3705
| A A A
ÇL qazanmış futbolçulardan ibarət rəmzi heyət - Əfsanəvi futbolçu açıqladı

Liverpool-un əfsanəvi futbolçusu Ceymi Karraqer Çempionlar Liqasını qazanmış futbolçulardan ibarət rəmzi heyətini açıqlayıb.

Goal.az xəbər verir ki, rəmzi heyətin tərtib edilməsi bəzi şərtlər altında olub. Belə ki, heyətdə 11 oyunçu, məşqçi və əvəzedici olmalıdır. Həmçinin klublar və ölkələr təkrarlana bilməzlər.

Qapıçı: Petr Çex (Chelsea, Çexiya)

Müdafiəçilər: Moreno Torriçelli (Juventus, İtaliya), Yürgen Koler (Borussia Dortmund, Almaniya), Fernando Yerro (Real Madrid, İspaniya), David Alaba (Bayern Münich, Avstriya).

Yarımmüdafiəçilər: Didye Deşam (Marseille, Fransa), Stiven Cerrard (Liverpool, İngiltərə), Klarens Zeedorf (Ajax, Niderland), Kaka (Milan, Braziliya).

Hücumçular: Lionel Messi (Barcelona, Argentina), Samuel Eto'O (İnter, Kamerun).

Əvəzedici: Deku (Porto, Portuqaliya)

Məşqçi: Aleks Ferquson (Manchester United, Şotlandiya).

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
5795 səs