18/03/2021
15:55
1628
| A A A
Toni Kroos tarixə keçdi

Real Madrid Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununda Atalanta-nı məğlub edib.

Goal.az xəbər verir ki, meydan sahiblərinin futbolçusu Toni Kroos sözügedən qarşılaşmada iştirak edərək, Çempionlar Liqasının tarixinə düşüb. Belə ki, 31 yaşlı yarımmüdafiəçi ÇL-də 100 və daha çox oyun keçirən 4-cü alman futbolçu olub. Atalanta ilə matç Kroosun turnirdəki 100-cü oyunu olub.

Çempionlar Liqasında ən çox oyun keçirən alman futbolçu Manuel Noyerdir. Bayern Münich-də çıxış edən qapıçı turnirdə 117 oyuna çıxıb.

Real Atalanta-nı ilk oyunda 1:0, cavab matçında isə 3:1 hesabıyla məğlub edərək, 1/4 final mərhələsinə vəsiqə qazanıb.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15563 səs