Tuheldən rekord göstərici
Chelsea-nin baş məşqçisi Tomas Tuhel yeni rekorda imza atıb.
Goal.az xəbər verir ki, o, buna Çempionlar Liqasının 1/8 final mərhələsində Atletico-ya 2:0 hesabı ilə qalib gəldikləri cavab oyunundan sonra nail olub. Bununla da, o, Chelsea ilə bütün turnirlərdə ardıcıl 13 matçda uduzmayıb. Bu isə klubun tarixində rekord göstəricidir. Tuhel 2008-ci ildə 12 görüşdə uduzmayan Luis Felipe Skolarinin rekordunu yeniləyib.
Qeyd edək ki, 47 yaşlı mütəxəssis bu ilin yanvarından Chelsea-ni çalışdırır.
Çempionlar Liqasını kim qazanacaq?
MANCHESTER CITY
REAL MADRID
PSG
CHELSEA