Azarkeşlər Çempionlar Liqasının finalına buraxıla bilər
UEFA bu il İstanbulda keçiriləcək Çempionlar Liqasının final matçında azarkeşlərin iştirak etməsini istəyir.
Goal.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Xəbərdə, final matçında məhdud sayda azarkeşin yer alacağı bildirilib.
Çempionlar Liqasında sabah 1/4 final mərhələsinin püşkü atılacaq. Turnirdə İngiltərədən Chelsea, Liverpool, Manchester City, Almaniyadan Bayern Münich, “Borussia Dortmund, Fransadan PSG, İspaniyadan Real Madrid mübarizə aparır. ÇL-də bu mövsümkü oyunlar azarkeşsiz keçirilib.
Çempionlar Liqasının final matçı mayın 29-da, Türkiyənin İstanbul şəhərində keçiriləcək.
Çempionlar Liqasını kim qazanacaq?
MANCHESTER CITY
LIVERPOOL
REAL MADRID
PSG
CHELSEA
BORUSSIA DORTMUND