Çempionlar Liqası oyununun yeri dəyişdirildi
Porto və Chelsea komandaları arasındakı Çempionlar Liqasının 1/4 final oyunları İspaniyada olacaq.
Goal.az xəbər verir ki, qarşılaşmalar koronavirus pandemiyası səbəbindən Sevilya şəhərindəki Roman Sançes Pisxuan stadionunda keçiriləcək.
Qeyd edək ki, ilk oyun aprelin 7-də, cavab qarşılaşması isə aprelin 13-də gerçəkləşəcək. Hər iki matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Çempionlar Liqasını kim qazanacaq?
PSG
MANCHESTER CITY
REAL MADRID
CHELSEA