05/04/2021
19:37
974
| A A A
ÇL-da iki oyuna hakim təyinatları açıqlandı

Çempionlar Liqasının 1/4 finalının daha iki ilk oyunu üçün hakim təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, Porto - Chelsea matçının baş hakimi Sloveniya Futbol Federasiyasından Slavko Vinçiç olacaq. Ona Tomas Klancçik və Andraz Kovaçiç köməklik edəcək. Dördüncü hakim funksiyasını Matey Yug funksiyasın yerinə yetirəcək.

Bayern Münich - PSG görüşü isə İspaniya Futbol Federasiyasından Anronio Mateu Lahoza tapşırılıb. Pau Kebrian Devis və Roberto Dias Peres köməkçi hakimlər, Xavyer Estrada Fernandes dördüncü hakim olacaq.

Qeyd edək ki, aprelin 7-i keçiriləcək hər iki qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15560 səs