06/04/2021
17:50
1355
| A A A
Real Madrid-də Varan şoku

Real Madrid-in futbolçusu Rafael Varan Çempionlar Liqasının 1/4 finalında Liverpool-la ilk oyunu buraxacaq.

Goal.az xəbər verir ki, buna səbəb fransalı müdafiəçinin koronavirusa yoluxmasıdır. Madrid təmsilçisi 27 yaşlı oyunçunun testinin müsbət çıxdığını açıqlayıb.

Bununla da, zədəli olan Serxio Ramosdan sonra daha bir müdafiəçi Mersisayd klubuna qarşı oynamayacaq.

Qeyd edək ki, bu gün keçiriləcək sözügedən görüş Bakı vaxtı ilə saat 23:00-ada başlayacaq.

Çempionlar Liqasını kim qazanacaq?

PSG
%
MANCHESTER CITY
%
REAL MADRID
%
CHELSEA
%
13160 səs