08/04/2021
12:51
827
| A A A
Manchester City-dən rekord göstərici

Manchester City klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, “şəhərlilər” buna qitənin ən nüfuzlu klub turnirinin 1/4 finalı çərçivəsində baş tutan Borussia Dortmund ilə ilk oyunda nail olublar.

Mançester təmsilçisi qarşılaşmanın 19-cu dəqiqəsində Kevin de Bruynenin vurduğu qol sayəsində hesabı açıblar. Manchester City məhz bu qolla ÇL-də yeni rekord müəyyənləşdirib. Sözügedən komanda öz qapısını toxunulmaz saxlamaq şərtilə ardıcıl ən çox qol vuran kollektivə çevrilib. De Bruynenin vurduğu qol bu baxımdan 18-ci olub.

Qeyd edək ki, Manchester City bu oyundan 2:1 hesabıyla qalib ayrılıb.

Çempionlar Liqasını kim qazanacaq?

MANCHESTER CITY
%
LIVERPOOL
%
REAL MADRID
%
PSG
%
CHELSEA
%
BORUSSIA DORTMUND
%
15561 səs