26/08/2021
21:27
4565
| A A A
Mövsümün ən yaxşı qapıçısı seçildi

Çempionlar Liqasında 2020/21 mövsümünün ən yaxşı qapıçısı açıqlanıb.

Goal.az xəbər verir ki, qalib 2021/22 mövsümünün püşkatması zamanı elan olunub.

Ən yaxşı qapıçı adına Chelsea-nin və Seneqal millisinin qolkiper Eduar Mendi layiq görülüb.

Bu mükafata Tibo Kurtua (Belçika, Real Madrid) və Ederson (Braziliya, Manchester City) namizəd idi.