26/08/2021
21:40
4409
| A A A
Kante mövsümün ən yaxşısı seçildi

Çempionlar Liqasında 2020/21 mövsümünün ən yaxşı yarımmüdafiəçisi bəlli olub.

Goal.az xəbər verir ki, qalib 2021/22 mövsümünün püşkatması zamanı açıqlanıb.

Ən yaxşı yarımmüdafiəçi adına Nqolo Kante (Fransa, Chelsea) seçilib. O, Jorjinyo (İtaliya, Chelsea) və Kevin de Breyneni (Belçika, Manchester City) geridə qoyub.