15/09/2021
11:26
2746
| A A A
Ronaldo Messiyə çatdı

Manchester United-in futbolçusu Kriştiano Ronaldo Çempionlar Liqasında qeydə alınan rekordu təkrarlayıb.

Goal.az xəbər verir ki, qrup mərhələsinin ilk turunda Young Boys-la hazırda keçirilən görüşdə hesabı açan portuqaliyalı hücumçunun turnirdə qol vurduğu komandaların sayı 36-a çatıb.

36 yaşlı futbolçu bu göstəricidə PSG-nin oyunçusu Lionel Messiyə çatıb.