15/09/2021
15:57
1121
| A A A
Beşiktaş-da növbəti itki

Beşiktaş Borussia Dortmund-a qarşı keçirəcəyi Çempionlar Liqasının qrup mərhələsinin I tur oyunundan əvvəl daha bir itki ilə üzləşib.

Goal.az xəbər verir ki, Kevin N'Kudu zədə səbəbindən qarşılaşmanın heyətindən çıxarılıb.

26 yaşlı fransalı vinger ayağındakı ağrılar ucbatından bugünkü matçı buraxacaq. Daha əvvəl xorvatiyalı müdafiəçi Domaqoy Vidanın eyni səbəbdən oynamayacağı dəqiqləşib.

Qeyd edək ki, Beşiktaş - Borussia görüşü saat 20:45-də başlayacaq.