UEFA Gənclər Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.
Goal.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən finalda oyununda Asvtriya Salzburg-unu 6:0 hesabı ilə darmadağın edən Portuqaliya Benfica-sı 4-cü cəhdində titula sahib çıxıb.
Hesabı 2-ci dəqiqədə Martim Neto açıb. 15-ci dəqiqədə Enrike Araujo fərqi artırıb. 53-cü dəqiqədə Şer N Dur 3-cü topu rəqibin qapısından keçirib. 57-ci dəqiqədə Araujo özünün 2-ci, komandasının 4-cü qolunu vurub. 69-cu dəqiqədə Luiş Semedu Avstriya təmsilçisini növbəti dəfə meydanın mərkəzinə dəvət edib. Son nöqtəni isə 89-cu dəqiqədə Araujo qoyub. Penaltidən fərqlənən 20 yaşlı hücumçu het-trikini rəsmiləşdirib.
Qeyd edək ki, Benfica və Salzburg 2017-ci ildə də Gənclər Liqasının finalında qarşılaşıb. Həmin oyunda Portuqaliya təmsilçisi 1:2 hesabı ilə uduzub. (report)