26/04/2022
10:01
882
| A A A
Çempionlar Liqasında yarımfinal mərhələsinə start verilir

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək.

Goal.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək.

Gecənin yeganə matçında Real Madrid turnirin son finalçısı Manchester City-nin qonağı olacaq. Görüş saat 23:00-da başlayacaq.

Oyunu rumıniyalı referi İştvan Kovaç idarə edəcək. Ona yan xətt hakimləri Vasile Florin Marinesku və Ovidiu Artene köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə isveçrəli Sandro Şerer yerinə yetirəcək.

Komandalar arasında cavab qarşılaşması mayın 4-də olacaq.

UEFA Çempionlar Liqası, yarımfinal

23:00. Manchester City - Real Madrid

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Mançester, Etihad stadionu

Qeyd edək ki, digər yarımfinal matçı sabah İngiltərədə Liverpool və Villarreal arasında baş tutacaq.