De Bruynedən rekord göstərici
Manchester City ötən gün Çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində Real Madrid-i qəbul edib - 4:3.
Goal.az xəbər verir ki, meydan sahiblərinin ilk qolunu vuran Kevin de Bruyne klubun tarixinə keçib. O, şəhərlilərin ÇL tarixində vurduğu ən erkən qola imza atıb. 94-cu saniyədə fərqlənən Kevin, Con Stounzun rekordunu qırıb (95-ci saniyə).