28/04/2022
21:58
2675
| A A A
Çempionlar Liqasında həftənin futbolçusu seçildi

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Goal.az xəbər verir ki, bu ada Liverpool-un yarımmüdafiəçisi Tyaqo Alkantara layiq görülüb.

31 yaşlı oyunçu Villarreal-a 2:0 hesabı ilə qalib gəldikləri matçda 97 faiz dəqiq ötürmə ilə yadda qalıb, həmçinin 10.93 km məsafə qət edib.

Xatırladaq ki, həftənin ən yaxşı oyunçusu adına Real Madrid-dən Kərim Benzema, Villarreal-dan Xuan Foyt və Manchester City-dən Bernardo Silva da namizəd idi.

GÜNÜN ƏN ÇOX OXUNANLARI