Villarreal - Liverpool matçının hakimləri bilindi
UEFA Çempionlar Liqasının yarımfinalında keçiriləcək Villarreal – Liverpool cavab oyunu üçün hakim təyinatları açıqlanıb.
Goal.az xəbər verir ki, görüşü Niderlanddan olan Danni Makkeli idarə edəcək. Ona həmyerliləri Hessel Steeqstra və Yan de Vries köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Serdat Gözübüyük yerinə yetirəcək.
Mayın 3-də keçiriləcək Villarreal – Liverpool qarşılaşması saat 23:00-da başlayacaq. İlk oyunda Mersisayd təmsilçisi 2:0 hesablı qələbə qazanıb.