04/05/2022
17:25
2074
| A A A
Mane Droqbanın rekordunu qırdı

Liverpool Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyununda Villarreal-ı 2:3 hesabı ilə məğlub edib.

Goal.az xəbər verir ki, Mersisaydlıların bir qolunu Sadio Mane vurub. Bu qol seneqallı futbolçunun Çempionlar Liqasının Pley-Off mərhələsində vurduğu 15-ci qol olub. Beləliklə, Mane Afrikalı futbolçular arasında bu göstəriciyə görə 1-ci yerə yüksəlib.

Qeyd edək ki, daha öncə rekord Chelsea-nin sabiq futbolçusu Didye Droqbaya məxsus idi (14 qol).

GÜNÜN ƏN ÇOX OXUNANLARI