Kurtua ən yaxşı seçildi
UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.
Goal.az xəbər verir ki, bu ada Real Madrid-in qapıçısı Tibo Kurtua layiq görülüb.
İspaniya klubunun və Belçika yığmasının qolkiperi Manchester City-yə 3:1 hesabıyla qalib gəldikləri yarımfinalın cavab matçında 8 seyvlə yadda qalıb.
Həftənin ən yaxşı oyunçusu adına Luis Diaz (Liverpool, İngiltərə), Bernardo Silva (Manchester City, İngiltərə) və Frensis Koklen (Villarreal, İspaniya) də namizəd idi.