12/05/2022
11:51
1848
| A A A
Çempionlar Liqasının final matçının hakimləri bilindi

UEFA Çempionlar Liqasında 2021/22 mövsümünün final oyununa hakim təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, Liverpool və Real Madrid arasında baş tutacaq həlledici oyunu Fransadan olan Kleman Türpen idarə edəcək.

Ona həmyerliləri olan yan xətt hakimləri Nikolya Danos və Siril Qrinqor kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Benua Bastyen yerinə yetirəcək.

Qarşılaşma mayın 28-də Fransanın paytaxtı Parisdəki Stad de Frans stadionunda keçiriləcək.