ÇL-də finalın topu təqdim edildi
Çempionlar Liqasında (ÇL) finalın topu təqdim olunub.
Goal.az xəbər verir ki, tədbir həlledici qarşılaşmanın keçiriləcəyi Parisdə baş tutub.
“Adidas” tərəfindən hazırlanan topun üzərində rus və ingilis dillərində “sülh” sözü yazılıb.
Qeyd edək ki, mayın 28-də keçiriləcək finalda Real Madrid-lə Liverpool üz-üzə gələcək. (apasport)