28/05/2022
10:00
1149
| A A A
Bu gün Çempionlar Liqasının qalibi müəyyənləşəcək

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) 2021/2022 mövsümünün final oyunu keçiriləcək.

Goal.az xəbər verir ki, həlledici görüşdə Liverpool və Real Madrid üz-üzə gələcək. Fransanın paytaxtı Parisdəki "Stad de Frans" stadionunda oynanılacaq matçı yerli FIFA referisi Kleman Türpen idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Hər iki komanda indiyədək 8 dəfə qitənin ən nüfuzlu klub turnirində bir-birinə rəqib olub. Bunların 4-də "kral klubu", 3-də mersisaydlılar qələbə qazanıb. Bir görüşdə qalib müəyyənləşməyib. Qolların nisbətində də Madrid təmsilçisinin üstünlüyü var - 10:8.

Bu, Real Madrid və Liverpool-un Çempionlar Liqasının finalında 3-cü dueli olacaq. Əvvəlki 2 qarşılamada tərəflər hərəyə bir dəfə titula sahib çıxıblar. 1980/1981 mövsümündə İngiltərə təmsilçisi, 2017/2018 mövsümündə isə İspaniya klubu turnirin qalibi olub.

Bunadək 13 dəfə ÇL-i qazanan Karlo Ançelottinin rəhbərlik etdiyi komanda hazırda turnirin ən titullu klubudur. Yurgen Kloppun baş məşqçi olduğu komanda isə 6 dəfə Çempionlar Liqasının finalında qələbə sevinci yaşayıb. (report)

UEFA Çempionlar Liqası

Final

28 may

23:00. Liverpool (İngiltərə) - Real Madrid (İngiltərə)

Baş hakimi: Kleman Türpen (Fransa)

Paris, "Stad de Frans" stadionu