29/05/2022
18:30
1527
| A A A
Kurtua ən çox seyv edən qapıçı oldu

Real Madrid-in qapıçısı Tibo Kurtua UEFA Çempionlar Liqasının 2021/22 mövsümündə ən çox seyv edən qolkiper olub.

Goal.az xəbər verir ki, belçikalı çərçivə qoruyucusu 13 oyunda 61 dəfə komandasını qoldan xilas edib.

Bu göstəricidə ilk “üçlük”də Villarreal-dan Xeronimo Rulyi (41) və Benfica-dan Odisseas Vlaxodimos (38) da var.

Real-ın finalda qalib gəldiyi Liverpool-un qapıçısı Alisson Bekker bu mövsüm 13 oyunda 15 seyv edərək 18-ci olub.

Real finalda Liverpool-a 1:0 hesabı ilə qalib gələrək tarixində 14-cü dəfə ÇL-in qalibi olub.