29/05/2022
20:36
1321
| A A A
Trent Aleksandr-Arnold Mülleri keçdi

Liverpool-un futbolçusu Trent Aleksandr-Arnold Çempionlar Liqasında yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, ingiltərəli oyunçu buna turnirin 2021/22 mövsümünün finalında Real-la görüşdə iştirak etməklə nail olub.

O, meydana start heyətdə çıxıb. Bu, Trentin ÇL-də 3-cü finalıdır. 23 yaşlı futbolçu daha əvvəl Liverpool-un heyətində 2018-ci ildə Real-la (1:3), 2019-cu ildə isə Tottenham-lə (2:0) görüşdə meydanda olub. 23 yaş 233 günlüyündə olan futbolçu nəticədə turnir tarixində üç dəfə finala çıxan ən gənc oyunçu adını qazanıb. O, Bayern-in hücumçusu Tomas Müllerin rekordunu qırıb.

Xatırladaq ki, Real Liverpool-a 1:0 hesabı ilə qalib gələrək tarixində 14-cü dəfə ÇL-in qalibi olub.