Qarabağ-ın Çempionlar Liqasındakı potensial rəqib sayı 5-ə enib
Qarabağ-ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsindəki potensial rəqib sayı 5-ə enib.
Goal.az xəbər verir ki, bunlar Bosniya və Herseqovinanın Zrinski, Polşanın Lech, Maltanın Hibernians, Şimali Makedoniyanın Shkupi və Gürcüstanın Dinamo (Batumi) komandalarıdır.
Qeyd edək ki, iyunun 14-də keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə 14:00-da başlayacaq. (report)