Qarabağ-ın Lex-lə oyunlarının vaxtı dəqiqləşib
Qarabağ-ın Polşanın Lex klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.
Goal.az xəbər verir ki, "köhlən atlar"ın ilk matçı iyulun 5-də səfərdə olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Cavab görüşü isə 1 həftə sonra Bakıda gerçəkləşəcək və saat 20:00-da start götürəcək.
Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə Zürich-i ilə qarşılaşacaq. (report)