01/11/2022
13:57
3073
| A A A
Barcelona Viktoria Plzen-lə oyuna 4 itki ilə çıxacaq

Barcelona-nın 4 futbolçusu Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda Viktoria Plzen (Çexiya) ilə görüşü buraxacaq.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məşqçilər heyəti belindəki problemlər səbəbindən hücumçu Robert Levandovskiyə istirahət veriblər. Serji Buskets sarı vərəqə limitinə görə görüşdə iştirak edə bilməyəcək. Həmçinin Barcelona La Liqanın 12-ci turunda Valencia ilə oyunda (1:0) zədə alan müdafiəçilər Jül Kunde və Erik Qarsiyanı da iştirak ərizəsinə daxil etməyib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI