03/11/2022
12:52
2257
| A A A
Jiru ÇL tarixinə keçdi

Milan-ın futbolçusu Olivye Jiru Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.

Goal.az xəbər verir ki, fransalı hücumçu buna Salzburg-a 4:0 hesabı ilə qalib gəldikləri qrup mərhələsinin VI tur oyununda nail olub.

Forvard qarşılaşmada iki qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb. Jiru bu cür statistikaların toplanmağa başlandığı 2003/2004 mövsümündən sonra qitənin bir nömrəli klub turnirində 3 və daha çox qolun vurulmasında iştirak ədən ən yaşlı oyunçu adına sahib çıxıb. O, bunu 36 yaş 33 günündə bacarıb.

Qeyd edək ki, Jiru cüri mövsüm Milan-ın heyətində bütün turnirlərdə 8 qol vurub və 4 məhsuldar ötürmə verib.

GÜNÜN ƏN ÇOX OXUNANLARI