03/11/2022
21:08
1980
| A A A
Çempionlar Liqasında həftənin ən yaxşı oyunçusu açıqlanıb

UEFA Çempionlar Liqasında qrup mərhələsinin sonuncu - VI turunun matçlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.

Goal.az xəbər verir ki, bu ada Milan-ın hücumçusu Olivye Jiru layiq görülüb.

36 yaşlı fransalı forvard səsvermədə Real Madrid-dən Federiko Valverde, Leipzig-dən Kristofer Nkunku və Barselona-dan Ferran Torresi qabaqlayıb.

Qeyd edək ki, Olivye Jiru evdə Salzburg-a 4:0 hesabı ilə qalib gəldikləri görüşdə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI