Bayern-də Mane şoku
Bayern Münich-in futbolçusu Sadio Mane Çempionlar Liqasında PSG-yə qarşı keçiriləcək 1/8 final mərhələsinin ilk oyununu buraxacaq.
Goal.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin baş məşqçisi Yulian Naqelsmann yerli mətbuata açıqlamasında deyib. O, Manenin fevralın sonunda tam hazır olacağını bildirib.
Qeyd edək ki, fevralın 15-də keçiriləcək PSG - Bayern görüşü saat 00:00-da başlayacaq.